Modul · 9 ₼ · hər nöqtə üçün aylıq
Restoranın öz çatdırılması bir kassada: sifariş, kuryer, pul
Qonaq restoranın linkindən və ya masadakı QR-dan sifariş verir, telefon sifarişi kassada yazılır — hamısı zal sifarişi ilə eyni kassaya və eyni mətbəxə gedir, öz kuryerinizlə çatdırılır və ya qonaq özü götürür. Kuryerin yığdığı pul kassaya təhvil veriləndə növbəyə düşür, fərq varsa görünür. Wolt inteqrasiyası hazırlanır (Wolt ilə sınaqdan sonra açılacaq), Bolt Food — ondan sonra.
Çatdırılma · #D-207Yolda
Yasamal r., Ş. Mehdiyev 12
- 2× Şah plov28.00
- 4× Göyərti qutabı8.00
- Çatdırılma haqqı2.00
Kuryer · Elvin · 12 min
№ 01Çatdırılma
Nəyi həll edir
№ 01
Telefon sifarişi kağızda
Zəng gəlir, kassir ünvanı vərəqə yazır, sifarişi isə sonra kassaya vurur. Bəzən də vurmağı unudur.
№ 02
Kuryerin pulu heç yerdə yazılmır
Kuryer gün ərzində nağd yığır, axşam «təxminən» təhvil verir. Əskik olanda kimdən soruşacağınız bilinmir.
№ 03
Gecikmə gec bilinir
Hansı sifarişin nə vaxta söz verildiyi, hansının yolda olduğu yalnız kassirin yaddaşındadır.
№ 02Çatdırılma
Nə edə bilir
Onlayn, telefon və masadan QR sifarişi, öz kuryerləriniz və onların pulu — zal ilə eyni kassada
Onlayn sifariş: çatdırılma və özün götürmə
Qonaq linkdən menyunu açır, səbətə yığır, ünvanı və vaxtı seçir — zona və haqq ünvana görə hesablanır. Kassada siqnal çalır: qəbul edirsiniz və ya səbəbini yazıb rədd edirsiniz. Qonaq hər addımı öz səhifəsində görür.
Masadan QR sifarişi
Qonaq masadakı QR-dan sifariş göndərir, ofisiant zalın sxemində görür və təsdiqləyir — sifariş masanın çekinə və mətbəxə düşür. Masanın öz kodu ilə gələn sifarişi avtomatik qəbul etmək də olar.
Telefon sifarişi kassada
Nömrəni yığırsınız — daimi müştəri, onun ünvanları və sifarişləri internetsiz də tanınır. Yeni müştəri bir dəfə yazılır.
Zonalar və çatdırılma haqqı
Hər zonanın haqqı, minimum sifarişi, pulsuz çatdırılma həddi və yol vaxtı var. Google Maps qoşulubsa, zona ünvana görə təklif olunur.
Ayrıca qiymət və menyu
Yeməyin çatdırılma qiyməti zal qiymətindən ayrı ola bilər, bəzi yeməklər çatdırılmaya bağlana bilər — nöqtə üzrə də.
Mətbəx, söz verilən vaxt, vaxtına sifariş
Sifariş mətbəxə «ÇATDIRILMA» nişanı və vaxtı ilə gedir. Vaxtına sifariş vaxtı çatanda özü mətbəxə düşür. Lövhədə gecikənlər qırmızıdır.
Kuryer və onun pulu
Kuryer çeki ünvan, telefon, alınacaq məbləğ, qalıq və xəritə QR-kodu ilə çap olunur. Nağd pul kassaya təhvil veriləndə qəbul edilir, əskik itki nəzarətinə düşür.
Müştərilər və hesabatlar
Müştəri bazası, sifariş tarixçəsi, məlumatların silinməsi. Çatdırılma hesabatı: sifarişlər, haqq, orta vaxt, vaxtında çatdırılma, kuryerlər və zonalar üzrə.
Qonaq sifarişinə nəzarət
İş saatları, cavab vaxtı, minimum sifariş, qara siyahı; kassadan və ya Back Office-dən bir toxunuşla dayandırma. Vaxtında cavablanmayan sifariş özü rədd olunur, hesabatda qəbul payı və cavab sürəti görünür.
№ 03Çatdırılma
Necə işləyir
- 01
Modulu çatdırılma edən nöqtə üçün qoşursunuz.
- 02
Back Office-də zonaları, haqqı və vaxtları qurursunuz, kuryerlərə «Kuryer» rolu verirsiniz, onlayn sifarişi açıb linki və QR posteri paylaşırsınız.
- 03
Kassada «Çatdırılma» bölməsi açılır: qonaq sifarişlərini qəbul edirsiniz, telefon sifarişini yazırsınız, kuryerə verirsiniz, pulu qəbul edirsiniz.
№ 04Suallar
Tez-tez verilən suallar
Qonaqlar saytdan və ya QR-dan sifariş verə bilir?
Bəli. Qonaq restoranın linkindən (sayt, Instagram, Google) çatdırılma və ya özün götürmə sifarişi verir, masadakı QR-dan isə masaya sifariş göndərir. Hər sifarişi kassa və ya ofisiant qəbul edir, ya da səbəbini yazıb rədd edir; qonaq vəziyyəti öz səhifəsində izləyir. Ödəniş hələlik nağd və ya kartladır — kuryerə və ya kassada. Wolt inteqrasiyası hazırlanır: Wolt sifarişləri eyni kassaya gələcək, menyu və stop-list Wolt-a özü gedəcək — Wolt ilə sınaqdan sonra açılacaq. Bolt Food — ondan sonra.
Google Maps mütləqdir?
Yox. Xəritəsiz ünvan əl ilə yazılır, zona siyahıdan seçilir, kuryer çekindəki QR-kod yenə marşrutu açır. Xəritə qoşulanda ünvan axtarışı və zonanın ünvana görə seçilməsi əlavə olunur.
İnternet kəsiləndə nə olur?
Kassadakı iş hab üzərindən davam edir: müştəri nömrəyə görə tapılır, sifariş mətbəxə gedir, kuryer yola çıxır, pul qəbul olunur. İnternet qayıdanda hamısı buluda gedir. Qonaqların onlayn və QR sifarişi isə bulud vasitəsilə gəlir: hab bir neçə dəqiqə əlçatmaz olanda yeni sifariş qəbul edilmir, artıq göndərilmiş sifariş hab qayıdanda bir dəfə çatır.
Kuryerin yığdığı pul növbəyə necə düşür?
Çatdırılanda pul kuryerdə qalır və kassanın gözlənilən nağdına daxil olmur. Kuryer təhvil verəndə kassir sayır və qəbul edir — pul o anda açıq olan növbəyə düşür, fərq hesabatda və itki nəzarətində görünür.
Digər imkanlar
Bütün imkanlar
- 9 ₼/ayBildiriş və avtomatlaşdırmaGün bağlananda, böyük qaytarmada, printer dayananda Telegram-a mesaj. Qaydalar tezlikləƏtraflı
- Baza planKassa proqramıZal sxemi, ofisiant planşeti və kassa sifarişdən çekə qədər bir sistemdə işləyirƏtraflı
- Baza planİnternetsiz işİnternet kəsiləndə də sifariş, mətbəx, ödəniş və çap dayanmırƏtraflı
Dishment
Növbəti cüməni Dishment ilə qarşılayın
Sifariş№ 001
30 gün pulsuz. Menyunu birlikdə köçürək, komandanı öyrədək. Kart tələb olunmur.
və ya yazın WhatsApp · +994 50 563 86 36