Modul · 25 ₼ · şirkət üçün aylıq
Restoran personalının uçotu: qrafik, tabel və əmək haqqı
Kimin nə vaxt gəldiyini, kimin tez çıxdığını, ofisianta satışdan nə qədər düşdüyünü ay sonunda kağız jurnaldan yığmaq lazım deyil. İşçi gəlişini kassada qeyd edir, tabel və maaş özü hesablanır.
Gəliş
09:58 · Aysel
Çıxış
23:14 · Rəşad
№ 01Personal və əmək haqqı
Nəyi həll edir
№ 01
Qrafik WhatsApp qrupunda
Həftənin qrafiki qrupa şəkil kimi atılır, kimsə köhnəsinə baxır və növbəyə iki nəfər gəlir. Ya da heç kim gəlmir.
№ 02
Gecikmələr sözdə qalır
Aşpaz on beş dəqiqə gec gəlir: «tıxac idi». Ay ərzində kimin neçə saat işlədiyini heç kim dəqiq bilmir.
№ 03
Maaşı hesablamaq Excel-də iki gün çəkir
Saatlıq ödəniş, satışdan faiz, bonus və avans əl ilə toplanır, hər səhv də mübahisəyə çevrilir.
№ 02Personal və əmək haqqı
Nə edə bilir
Növbə qrafiki, kassada gəliş-çıxış, tabel və maaş hesablanması bir yerdə
Həftəlik növbə qrafiki
Qaralama, dərc, keçən həftəni kopyalamaq. Üst-üstə düşən növbələr dərhal görünür.
Kassada gəliş və çıxış
İşçi POS-un kilid ekranında PIN, kart və ya QR-bejdlə qeyd olunur. İnternet olmayanda da işləyir.
«Növbələrim» kassada
Hər işçi dərc olunmuş növbələrini kassada görür, qrafiki soruşmağa ehtiyac qalmır.
Tabel
Gecikmə, tez çıxma, qeyd olunmamış çıxış. Düzəliş yalnız səbəblə edilir və audit jurnalına yazılır.
Dərəcələr
Saatlıq və ya aylıq maaş, satışdan faiz, hər nöqtə üçün ayrıca dərəcə.
Əmək haqqı
Əlavə iş, bonus və tutulmalar, dövrün bağlanması və CSV-yə yükləmə.
№ 03Personal və əmək haqqı
Necə işləyir
- 01
Modulu qoşun. Menyuda «Personal» bölməsi, kassada isə «Gəliş / Çıxış» düyməsi yaranacaq.
- 02
«Dərəcələr»də ödəniş qaydasını, vaxtın yuvarlaqlaşdırılmasını və həftəlik normanı qurun.
- 03
Həftənin qrafikini tərtib edib dərc edin, işçilər onu kassada görəcək.
- 04
Dövrün sonunda tabeli yoxlayın, bonusları əlavə edin və dövrü bağlayın.
№ 04Suallar
Tez-tez verilən suallar
İşçilər və rollar üçün də bu modul lazımdır?
Yox. İşçilər, rollar, icazələr və PIN-lər əsas tarifə daxildir. Modul qrafik, tabel və əmək haqqı əlavə edir.
Ofisianta satışdan faiz hesablamaq olar?
Bəli. Dərəcə saatlıq, aylıq və ya satışdan faiz ola bilər; fərqli nöqtələrdə fərqli dərəcə təyin etmək olar.
Tabeli kim düzəldə bilər?
İcazəsi olan menecer. Hər düzəliş səbəblə yazılır və audit jurnalında qalır.
Bağlanmış dövr sonradan dəyişirmi?
Xeyr, dövr bağlananda rəqəmlər donur. Ödənilmiş maaş sonradan «öz-özünə» dəyişmir.
Digər imkanlar
Bütün imkanlar
- 19 ₼/ayMaliyyəKassanın satışı özü düşür, siz xərcləri, kreditləri, hesabları və real mənfəəti görürsünüzƏtraflı
- 19 ₼/ayHesabatlar və analitikaBağlanmış günlər üzrə gəlir, yeməklər, ofisiantlar və ləğvlər, bugünkü satış isə canlıƏtraflı
- Baza planŞəbəkə idarəetməsiBütün filiallar bir hesabda: ortaq menyu, yerli qiymətlər, bir icmalƏtraflı
Dishment
Növbəti cüməni Dishment ilə qarşılayın
Sifariş№ 001
30 gün pulsuz. Menyunu birlikdə köçürək, komandanı öyrədək. Kart tələb olunmur.
və ya yazın WhatsApp · +994 50 563 86 36